Rusiyada dərs ilinin başlayacağı tarix açıqlandı

Rusiya Təhsil və Elm Nazirliyi tədris ilinin başlamasının təxirə salınmayacağını açıqlayıb.
Bu barədə nazirliyin rəsmi saytında məlumat verilir.
“2020/2021 tədris ilinin başlanğıcını daha sonraya təxirə salmaq planlaşdırılmır”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, tədrisə başlamazdan əvvəl Rusiyaya gəlməyən xarici tələbələr məhdudiyyətlər ləğv olunana qədər uzaqdan təhsil ala biləcəklər.