Yunanıstanda koronavirusa yoluxmaların sayı yenidən artmağa başlayıb

Yunanıstanda koronavirusa yoluxmalar artır.
"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, son sutka ərzində 284 nəfər koronavirusa yoluxub. Pandemiya başlayandan koronavirusa yoluxanların sayı 8664 nəfərdir. 242 nəfər ölüb, 3804 nəfər sağalıb. Ölkədə virusa yoluxanların sayının artmasına görə hökumət tərəfindən məhdudiyyətlərin sərtləşməsi barədə qərarın verilməsi gözlənilir.