Ukrayna Prezidenti Mövlud Çavuşoğlunu təltif edib

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, təltif edilənlər arasında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da var. Ukrayna Prezidentinin Fərmanı ilə M.Çavuşoğlu II dərəcəli “Xidmətə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Ukrayna Prezidentinin Fərmanı ilə 25 nəfər təltif olunub.