İranda vurulan Ukraynaya məxsus təyyarə ilə bağlı şok təfərrüat

Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin vurulmasından sonra göyərtədə sağ qalanlar olub.

“Newsweek”in məlumatına görə, bu barədə İran Mülki Aviasiya Dərnəyi təyyarədən çıxarılan “qara qutu”nun məlumatlarına istinadən xəbər yayıb.

Bildirilir ki, təyyarənin raketlə vurulmasından sonra birinci və ikinci pilotlar arasındakı söhbətin təxminən 19 saniyəsi səsyazana qeyd olunub. Sonra audio yazı kəsilib.

Birinci və ikinci zərbələr arasında 25 saniyə keçib. Pilotlar son ana qədər təyyarəni idarə ediblər.

Sərnişin bölməsindəki qeydlər saxlanılmayıb, çox güman ki, səsyazma mexanizmləri partlayış nəticəsində zədələnib.

Xatırladaq ki, bu ilin yanvar ayının 8-də MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub.

Qəza vaxtı göyərtədə 176 nəfər olub. Yanvarın 11-də İran təyyarəni səhvən vurduğunu açıqlayıb.