Minskdə yenidən müxalifət tərəfdarlarının mitinqi başlayıb

Belarusun paytaxtı Minskdə yağışlı havaya baxmayaraq, müxalifətin yüzlərlə tərəfdarı İstiqlal Meydanında icazəsiz aksiyalara başlayıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, polis əllərində ağ-qırmızı rəngli bayraqlar tutan aksiya iştirakçılarından meydanı tərk etməyi tələb edib. Kütlənin isə bu çağırışlara məhəl qoymadığı bildirilir. 
Polis nümayişçilərə qarşı fəal hərəkətə keçməyib.