Çavuşoğlu və Pompeo arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
M. Çavuşoğlu ABŞ-ın Türkiyəyə qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiya ilə bağlı M. Pompeoya öz etirazını bildirib. O, ABŞ-ın sanksiya qərarına ölkəsinin sərt mövqeyini M. Pompeonun diqqətinə çatdırıb.