SON DƏQİQƏ...  Bu gün İstanbul! Meydan turistlərə qaldı


 Koronavirus tədbirləri daxilində küçəyə çıxma məhdudlaşdırmasının olduğu İstanbuldan fotolar gəlir. İstiqlal prospekti və Sultanahmet Meydanınına gedən və qadağandan azad olan turistlər xatirə şəkiləri çəkdirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, koronavirus tədbirləri çərçivəsində cümə axşamı 21.00-dan etibarən 56 saatlıq küçəyə çıxma qadağası ən çox turistlərin işinə yarayıb.





İstiqlal prospektində turistlər sıxlıq yaradıb. Məhdudlaşdırmadan azad olan turistlər, İstanbulun dadını çıxarıb.

Restoranlarda oturaraq yemək yemək qadağasına görə xeyli turist, iş yerlərinin önündə oturaraq aclıqlarını "öldürüblər".

Çox adamın maska taxdığı, ancaq ictimai məsafəyə diqqət yetirilmədiyi görünür.

Turan