Fələstində qurbanların sayı durmadan artır

Gecə ərzində Qəzzadan İsrailə 60 raket atılıb. Bu barədə «Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilir ki, “Dəmir qübbə” müdafiə sistemi vasitəsilə onlarca raket havada zərərsizləşdirilib. 
Son məlumata görə, İsraildə on nəfər ölüb, təxminən 50 nəfər isə ağır yaralanıb.
Fələstin tərəfdən isə 58-i uşaq olmaqla qurbanların sayı 192-yə çatıb.