Cins şalvar, “aslan yalı” saçlar, pirsing... Dövlət başçısı qadağa qoydu    


Şimali Koreya lideri kapitalizmə qarşı növbəti savaş elan edib. Bu dəfə geyim, saç düzümü, qulaq-burun deşmə müstəvisində. “Sher.az” xarici media istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Jong “çökməkdə olan Qərb mədəniyyəti gənc koreyalıları təsir altına alar”, qorxusuyla “aslam yalı” saş kəsimini, dar cins şalvarları, həmçinin pirsing etdirmələri yasaqlayıb.

İqtidardakı İşçi Partiyasının orqanı olan “Rodong Sinmun”da yayımlanan xəbərdə bildirilir ki, “kapitalist yaşam tərzinin ən xırda əlamətinə qarşı diqqətli olmalı və onlardan xilas olmaq üçün savaşmalıyıq”.
Həmçinin qeyd edilir ki, saçlarını rəngarəng boyayanlar, “piersing” yasağını görməzdən gələnlər cəza olaraq inşaat düşərgəsinə göndəriləcək.  Xatırladaq ki, “aslan yalı” saç modası ötən il “Tiger King” ulduzu, amerikalı Joe Exotic tərəfindən istifadə edildikdən sonra Qərbdə gənclər arasında populyarlaşıb.