Minskdə Belarus müxaliftəçi həbs edildi

“Nexta” Teleqram kanalının keçmiş rəhbəri, Belarusun ekstremist elan etdiyi Roman Protaseviç Minskdə təyyarədə saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Belarusdakı “Vesna” hüquq müdafiəsi təşkilatı məlumat yayıb.

Məlumata görə, Afinadan Vilnyusa uçan təyyarə Minskdə təcili eniş edib. Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb.