Baş nazir: "Rəqibimiz yoxsulluq, iqtisadi çətinlik və işsizlikdir"

"Gürcüstanda həqiqi rəqibi olmayan yeganə qüvvə bizik".

Sherg.az  24News.ge istinadən xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili, jurnalistin “Gürcü Arzusu” Levan Vasadzeni özünə rəqib hesab edirmi sualına cavabında deyib.

"Rəqibimiz yoxsulluq, iqtisadi çətinlik və işsizlikdir. Bu, Gürcü Arzusunun rəqibidir. Gürcü arzusunun bu gün həqiqi rəqibi yoxdur. Gürcüstanda həqiqi rəqibi olmayan yeganə güc bizik. Əlbətdə bu yaxşı deyil. Həqiqi müxalifətin olması inkişaf üçün yaxşıdır. Gürcüstanda sağlam müxalifət yaranmalıdır, amma təəssüf ki, bu gün bu yoxdur", - deyə İ. Qaribaşvili bildirib.