İtaliyada funikulyor qəzasında 9 nəfər həlak olub

İtaliyanın Verbano rayonunda funikulyorda baş vermiş qəza nəticəsində azı 9 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 2 nəfər ağır xəsarət alıb. Onlar ağır vəziyyətdə Turində xəstəxanaya yerləşdiriliblər.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. Lakin qəzaya burazın (tros-red) qırılmasının səbəb olduğu ehtimal edilir. Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.