Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv edib


Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyada terrorçuları məhv edib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, “Barış pınarı” əməliyyat zonasında PKK/YPG terror qruplaşmasının 6 terrorçusu məhv edilib. Bildirilir ki, terrorçular əməliyyat zonasına hücum etməyə hazırlaşarkən zərərsizləşdiriliblər.