Türkiyədə mafiya liderinin qardaşı yaxalandı

Türkiyədə mafiya lideri kimi tanınan Sedat Pekerin qardaşı Atilla Peker hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

A.Pekerin Muğlada yaxalandığı bildirilib.

Qeyd edək ki, Atilla Peker mütəşəkkil cinayətkar dəstənin yaradılması ittihamı üzrə axtarışda idi.