SON DƏQİQƏ: Xəstəliyi üzündən bir ayağı 45 kiloqramdır!

Mahogany Geterin bir ayağı "lenfödem" deyilən xəstəlik səbəbindən 45 kiloqram ağırlığındadır. Doğulan gündən "lenfödem"lə mübarizə aparan 23 yaşlı Mahogany Geter, görünüşüylə ​​ilgili "cahil" şərhlərə məruz qalır.

Sherg.az xarici media istinadən xəbər verir ki, xəstəlik gənc modelin bədəninin yumşaq toxumasında çoxlu mayenin yığılmasına və sol tərəfində şişkinliyə səbəb olub. Amma o bunu özünə dərd etmir, peşəsini müvəffəqiyyətlə icra etməyə fokuslanıb.



Mahogany vəziyyətini gizləmək əvəzinə Instagramda fotolarını paylaşaraq bütün dünyayla paylaşmağı seçir. Amerikalı gənc model, eyni zamanda YouTube-də və digər ictimai platformalarda vəziyyəti haqqında bilgilər verir.

O, hazırda xəstəliyinin müalicəsi olmadığı üçün yalnız ağrılarını yüngülləşdirməyə çalışır.

133 kiloqram ağırlığında olan modelin bir ayağı 45 kilodur. Şişkinliyi yenmək üçün nizamlı fizyoterapiya və lenfatik drenaj masajlar etdirir:

"Həyatımı daha azad yaşamaq istəyirəm və bəzən işlərimi edə bilməyəcəm kimi gəlir" deyən model, sözlərini belə davam etdirir: "Vəziyyətimə nəzarət etməsəm, daha ciddi narahatlıqlar yaşayıram."

Mahogany, çətinliklərinə baxmayaraq bəs etmədi və hər addımında onu dəstəkləyən anası Timika ilə moda sənayesində adından danışdırmağa qərarlıdır.



Hazırladı: Turan