Binəli Yıldırım mafiya lideri haqqında açıqlama verib: Böhtandır, yalandır... 


Sədat Pekerin söylədikləri böhtandır, yalandır. Palçıq atanın öz əlləri kirlənər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin birinci müavini Binəli Yıldırım deyib.

Qeyd edək ki, mafiya lider hesab edilən Sədat Peker sosial şəbəkə hesablarından yayımladığı videomüraciətlərində mafiya-dövlət əlaqələri ilə bağlı inanılmaz iddialar səsləndirməkdədir.