Nazir açıqladı: Rusiya İngiltərə üçün təhlükə yaradır 

Birləşmiş Krallığın müdafiə naziri Ben Vallac İngiltərəyə bir nömrəli təhlükə yaradan dövlətin adını açıqlayıb. 

“Sherg.az” TASS-a istinadən xəbər verir ki, o, bu barədə yerli “The Sunday telegraph” qəzetinə müsahibəsində danışıb. 

Nazir bu dövlətin Rusiya olduğunu deyib. O, həmçinin bildirib ki, İngiltərə gərginliyi azaltmağa çalışsa da, bu, hələlik nəticə verməyib. Vallac Rusiya sualtı gəmilərinin İngiltərə sahillərində üzməsindən narahatlığını ifadə edib.