Lavrov Putin və Baydenin müzakirə edəcəyi mövzulardan danışıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden sammitdə müzakirə üçün mövzuları özləri müəyyən edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti amerikalı həmkarı ilə görüşdə ikitərəfli münasibətlərə və qlobal problemlərə baxmağa hazırdır:

“Putinlə Bayden arasında dialoq bərabərhüquqluluq, qarşılıqlı hörmət və hər iki tərəfin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanmalıdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.