Azadlıq heykəlini kim və niyə ABŞ-a gətirib? - VİDEO

ABŞ deyərkən ağıla ilk gələn Azadlıq heykəli olur.

Amerika İnqilabı dövründə qurulan beynəlxalq dostluğun simvolu olan Azadlıq Heykəli Frederik Avqust Barsold və Aleksandr Qustav Eyfil tərəfindən hazırlanıb.

Baku TV ABŞ-ın məşhur Azadlıq heykəlinin yerləşdiyi Liberti adasından xüsusi reportaj hazırlayıb.

Reportajda 136 yaşlı abidənin hazırlanması, ABŞ-a gətirilməsi barədə fərziyyələrdən söz açılıb. 93 metr uzunluğu, 225 ton ağırlığı olan heykəlin yerləşdiyi adada sadəcə bir ailə yaşayır və həmin ailənin üzvləri burada fəaliyyət göstərən muzeydə çalışırlar.

Ətraflı videonu təqdim edirik: