Talibanın hakimiyyətə gəlməsi ABŞ-ın layihəsidir: “Plan uzun müddətdir hazırlanırdı”

“Talibanın hakimiyyətə gəlməsi ABŞ-ın siyasi layihəsidir".

Bu sözləri Əfqanıstandakı vəziyyət barədə “Sherg.az”a danışan politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib.

O, fikrini belə izah etdi:

“300 minlik ordu 70 minlik orduya necə uduza bilər?  ABŞ əfqan ordusunu bir milyardlıq silahla təmin etmişdi və silahlı qüvvələri hazırlamışdı. Proseslər davam edərkən ordunun bir hissəsi Taliban tərəfə keçdi. Sonradan prezident qaçırıldı, prezident aparatının rəhbəri Taliban hökumətinin yuxarı vəzifələrinə təyin edildi. Bütün bunlar onu deməyə əsas verir ki, plan uzun müddətdir hazırlanırdı. Görünür, ölkələrə rəngli inqilablarla təsir edə bilməyən ABŞ artıq bu yolu seçib”.