Akar: "Ehtiyaclarımızı yerli və milli imkanlar hesabına qarşılayırıq”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində çıxış edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türk Silahlı Qüvvələrin ehtiyaclarını yerli və milli imkanlar hesabına qarşılayırıq. Eyni zamanda, dost və müttəfiq ölkələrin ehtiyaclarını da təmin etmək üçün əlimizdən gələn hər şeyi edirik. Yerli PUA-larımız sahədə sınaqdan uğurla çıxmış, millətimizin qürur mənbəyinə çevrilmişdir”, - deyə H.Akar bildirib.