Ukrayna Rusiyanı Haaqa məhkəməsinə verdi

Ukrayna Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Zelenski Tvitterdə məlumat yayıb.

“Ukrayna rəsmi olaraq Haaqa Beynəlxalq Məhkəməsinə Rusiyaya qarşı iddia ilə müraciət göndərib. Rusiyanın təcavüzə haqq qazandırmaq üçün soyqırım anlayışını təhrif etdiyinə görə məsuliyyətə cəlb edilməsini tələb edirik. Xahiş etmişik ki, məhkəmə Rusiyanın hərbi əməliyyatları dayandırması üçün dərhal qərar versin və gələn həftə dinləmələr başlasın”, - o bildirib.