“Javelin”lər rus tanklarını külə döndərir - Video

Sosial şəbəkələrdə Ukrayna ordusu tərəfindən külə döndərilmiş Rusiya tank və zirehli texnikalarının çoxlu sayda görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, həmin texnikaların ABŞ istehsalı olan “Javelin” tank əleyhinə idarəolunan raketlər vasitəsilə vurulduğu bildirilir.

Qeyd edək ki, ABŞ Ukraynaya son vaxtlar təxminən 1.2 milyard dollar dəyərində “Javelin” raketləri verib.