Ukrayna qüvvələri Xarkovda nəzarəti bərpa edib

"Ukrayna qüvvələri Xarkov şəhərində rus hərbçilərini çıxararaq nəzarəti bərpa edib".

 Bu barədə Xarkov qubernatoru Oleq Sinegubov bildirib.

O qeyd edib ki, təmizlik işləri davam edir:

“Xarkov üzərində nəzarət tamamilə bizimdir! "Silahlı qüvvələr, polis və müdafiə qüvvələri işləyir və şəhər tamamilə düşməndən təmizlənir", - deyə qubernator bildirib.

Xatırladaq ki, rus qoşunları bu gün səhər saatlarında Xarkova soxula bilmişdi.