Rus döyüşçüləri mövqelərini tərk edərək dinc əhalinin arasında gizlənməyə çalışır

Xarkovda bir qrup rusiyalı hərbçi əsir götürülüb.

 Bu barədə Xarkov hərbi-mülki administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Onun sözlərinə görə, rus hərbçiləri tam tükənmiş və ruhdan düşmüş vəziyyətdədirlər:

“Ukraynaya hücum başlayandan onlara yemək və su verilmir, texnikalarının yanacaq ehtiyatı yoxdur. Rus döyüşçüləri mövqelərini tərk edərək dinc əhalinin arasında gizlənməyə çalışır, insanlardan paltar və yemək istəyirlər”, - deyə o bildirib.

Sinequbov Xarkov vilayətinin sakinlərini diqqətli olmağa, yad adamlara qapı açmamağa, rusiyalı hərbçilərə gizlənməyə kömək etməməyə çağırıb.