“Heç nə Vətənimizdən artıq deyil!”Rus fenomenlər “Chanel” çantalarını doğradı


Məşhur fransız markası “Chanel” rus müştərilərinə məhsullardan Rusiyada istifadə etməyəcəklərinə dair sənəd imzalamalarını tələb edib. “Milliyet.com.tr” yazır ki, bu barədə “New York Times” məlumat yayıb. Rusiyanın sosial media fenomenləri isə “Chanel”in tələbini etirazla qarşılayıb. Və etirazlarını minlərlə dollarlıq “Chanel” çantalarını qayçı ilə doğramaqla ifadə ediblər. Əllərində qayçı bahalı marka çantalarını nümayişkaranə şəkildə doğram-doğram etdiklərini videoya çəkib paylaşan rus gözəllər paylaşıma “Heç nə Vətənimizdən artıq deyil!” sözlərini əlavə edib. Teleaparıcı Marina Yermoşkina Dubayda “Chanel” mağazasına daxil olan rus müştəriyə yuxarıda xatırlatdığımız tələbi irəli sürüb. Bununla da “Chanel”ə qarşı “rus etirazı” başlayıb. M.Yermoşkina “bu artıq ruso-fobi və irqçilikdir”, deyərək “Chanel” çantasını qayçı ilə ortadan doğrayıb. Rusiya televiziyalarında da yayımlanan video yüz minlər tərəfindən baxılıb. 9.3 milyon təqibçisi olan sosial media fenomeni Viktoriya Bonya da minlərlə dollarlıq “Chanel” çantasını bağ qayçısıyla doğrayaraq: “Chanel” müştərilərinə sayğı duymursa, biz niyə sayğı duymalıyıq?!” deyib. “Chanel” şirkəti isə etirazlara belə cavab verib: “bu yasaqları biz deyil, Avropa Birliyi tətbiq edir”. Şirkət məlum tələbin qiyməti 300 avrodan yüksək mallara tətbiq edildiyini açıqlayıb. Etirazlar isə bitmir. Digər sosial media fenomenləri də etirazlara qoşularaq “Chanel” məhsullarını boykot edəcəklərini, digər geyim və əşyaları isə satışa çıxaracaqlarını, əldə edilən gəliri isə Donbas bölgəsinə maddi yardım olaraq göndərəcəklərini bildiriblər. Rus dc. Katya Quseva da instagramda artıq “Chanel” çantalarına ehtiyac duymadığını yazıb: “Chanel” olmadan da mükəmməl bir şəkildə həyatımıza davam edirik”.