“Twitter” iş adamları və siyasətçilər üçün ödənişli olacaq? - İlon Mask açıqladı 

Tvitterin yeni sahibi İlon Mask bu sosial şəbəkənin ödənişli olub-olmaması bağlı fikrilərə aydınlıq gətirib. “Sherg.az” NTV-yə istinadən xəbər verir ki, İlon Mask, “Twitter”in iş adamları və siyasətçilər üçün ödənişli ola biləcəyi açıqlayıb.

Bununla yanaşı, Mask Tvitterin adi istifadəçilər üçün hər zaman pulsuz olacağını açıqlayıb. 50 yaşlı Mask , Tvitteri yeni xüsusiyyətlərlə təkmilləşdirməklə onu hər zamankındən daha yaxşı etmək istədiyini vurğulayıb.

İnnovativ  funksiyalar təqdim edəcəyini bildirən Mask, yeni premium abunə xidməti olan "Twitter Blue"da qiymət endirimi də daxil olmaqla dəyişikliklər paketi təklif edib. 

Tvitterin ödənişli əlavə xidmətində "tvit geri al" düyməsi, əlfəcinlər və oxucu rejimi kimi funksiyaların olacağını açıqlayıb. Mask həmçinin bildirib ki, o, platformadan spam-botları silmək və bütün real insanların kimliyini yoxlamaq istəyir.

"Wall Street Journal"-nın verdiyi məlumata görə, Mask üç ildən sonra "Twitter"dəki səhmlərini yenidən satmağı planlaşdırır.