KİV: Şimali Koreya ən azı 10 müxtəlif növ raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) bu gün ən azı 10 müxtəlif növ raket buraxıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

Hələlik raketin və buraxılışın detalları barədə məlumat yoxdur.

Bundan əvvəl, Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi KXDR-ın üç qısa mənzilli ballistik raket buraxdığını bildirib.

Raketlərdən biri Cənubi Koreyanın Sokço şəhərindən 57 km aralıda dənizə düşüb, digər raket Cənubi Koreyanın Ullenqdo adası istiqamətində uçsa da, ondan 167 km aralıda dənizə düşüb.