İsveçdə islamofobiyanın dəstəklənmədiyi bildirilib

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması İsveç hakimiyyətinin islamofobiyanı dəstəklədiyi anlamına gəlmir.

Trend-in məlumatına görə, bu barədə İsveç Xarici İşlər Nazirliyi Tobias Billström deyib.

"İslamofob təxribatlar dəhşətlidir. İsveçdə geniş ifadə azadlığı var, lakin bu o demək deyil ki, İsveç hökuməti və ya mənim ifadə olunan fikirləri dəstəkləyirik", - deyə o qeyd edib.

Sağçı ekstremist "Sərt Kurs" partiyasının lideri Rasmus Paludanın növbəti aksiyası - Stokholmdakı "Diplomatik qəsəbə"də polis tərəfindən mühasirəyə alınan zonada Türkiyə səfirliyi qarşısında Quranın açıq şəkildə yandırılması baş verib.