Kiyev Britaniya helikopterlərini əldə etdiyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri Böyük Britaniyanın “Sea King” xilasedici helikopterini əldə edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi özünün teleqram kanalında məlumat yayıb.

“Böyük Britaniyanın “Sea King”i Ukraynanın Qara dəniz sahilindəki yeni krallığına gəlib”, - müdafiə naziri Oleksiy Reznikov bildirib.

Xatırladaq ki, noyabrın 23-də “The Times” qəzeti Böyük Britaniyanın müdafiə naziri Ben Vollesin açıqlamasına istinadən Böyük Britaniya rəhbərliyinin Kiyevə 3 ədəd “Sea King” helikopterini təhvil verəcəyini bildirmişdi.