Türkiyədə qışın ortasında yaz havası: Temperatur daha da artacaq

Türkiyədə qış aylarına baxmayaraq yüksək temperatur müşahidə olunur. Mütəxəssislər, Türkiyədə qlobal istiləşmə ilə əlaqədar iqlim dəyişikliyi səbəbindən yaz havasının qarşıdakı qış aylarında daha çox görünəcəyini proqnozlaşdırırlar.

Dünyanın ən böyük problemlərindən biri olan insanların yaratdığı qlobal istiləşmə nəticəsində iqlim dəyişikliyi səbəbiylə dünya isti dövrünü yaşamağa başlayıb. Bu il temperaturun artması ilə dünyanın bir çox bölgəsində temperatur rekordları qırılıb.

Havanın temperaturunun hər 10 ildən bir əvvəlki 10 ildən daha yüksək olduğu ölçüldü. Dünyada son 8 il, cihaz əsaslı temperatur ölçmələrinin aparılmasından bəri ən isti 8 il kimi qeydə alınıb.

Dünya miqyasında 2022-ci il tarixdə ölçülən ən isti 5-ci il, Avropada isə 2-ci ən isti il ​​olmuşdur.

“Nature” jurnalında dərc olunan məqalədə Qrenlandiyanın şimal hissəsində temperaturun 20-ci əsrlə müqayisədə 1,5 dərəcə Selsi artdığı, termometrlərin isə son 1000 ilin ən yüksək temperaturunu ölçdüyü qeyd edilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə qlobal istiləşmədən təsirlənən ölkələr sırasında olsa da, 2022-ci il əvvəlkilərdən daha isti və daha quru olub. 2022-ci ilin dekabr ayı temperaturların mövsüm normalarından yüksək olması səbəbindən son 52 ilin “ən isti dekabrı” olaraq qeydə alınıb.

Yanvar ayında bir çox əyalətdə havanın temperaturu mövsüm normalarından yüksəkdir. Bu, gözlənilən yağıntının baş verməsinin qarşısını alır və quraqlığa səbəb olur.

Mütəxəssislər Türkiyədə qlobal istiləşmə ilə əlaqədar iqlim dəyişikliyi səbəbindən yaz havasının qış aylarında daha çox müşahidə ediləcəyini bildirirlər.

Turan