Vuçiçin yerinə Vuçeviç: Serbiyanın hakim partiyasına müdafiə naziri rəhbərlik edəcək

Serbiya baş nazirinin müavini, müdafiə naziri Miloş Vuçeviç Serb Tərəqqi Partiyasının iclasının qapalı hissəsinin yekunlarına əsasən, partiyanın yeni sədri olduğunu açıqlayıb.
“Təbii ki, mənim namizədliyimi irəli sürdükləri və STP-nin sədri seçildikləri üçün bütün nümayəndələrə, partiyamızın keçmiş sədri Aleksandr Vuçiçə 11 illik parlaq rəhbərliyinə, təkcə STP üçün deyil, hər şeydən əvvəl Serbiya uğrunda mübarizəsinə görə təşəkkür etmək istərdim”, - Vuçeviç jurnalistlərə bildirib.

Xatırladaq ki, şənbə günü səhər saatlarında Vuçiç Vuçeviçin yeni STP lideri kimi namizədliyini irəli sürərək, onun “partiyanın nə olduğunu ən yaxşı bildiyini” və “Serb Tərəqqi Partiyasını sevdiyini” vurğulayıb.
Mənbə: TASS