Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edir - CANLI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsinə gəlib.

"Report" xəbər verir ki, Ərdoğan tərəfdarları qarşısında hazırda qələbə çıxışı edir.

Onun sözlərinə görə, prezident seçkilərində hər hansı bir ciddi problem yaşanmayıb: "İstər 14 may, istərsə də 28 mayda seçkilərə gedən bütün vətəndaşlarımıza təşəkkür edirəm. Qazanan təkcə biz deyilik, qazanan bütün Türkiyədir. İndi milli məqsədlərimiz və milli arzularımız ətrafında birləşmək və inteqrasiya etmək vaxtıdır".

Türkiyənin 13-cü Prezidenti seçilən Ərdoğan Ankarada meydana toplaşan minlərlə seçicisinə təşəkkür edib.