İtaliyanın Macciore gölündə qayıq batıb, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb

İtaliyanın şimalında yerləşən Maggiore gölündə qayığın batması nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə güclü küləklə müşayiət olunan tufan nəticəsində baş verib.
Qayığın göyərtəsində əksəriyyəti turistlərdən ibarət olan 23 nəfərin olduğu bildirilir.
Xilas edilən 19 nəfər xəsarət almayıb.