Hindistanda sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 50 nəfər ölüb – YENİLƏNİB

Hindistanda sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində azı 50 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

20:05
Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Sərnişin qatarının 8 vaqonunun relsdən çıxdığı toqquşma nəticəsində bir neçə nəfərin öldüyü deyilir.

Qəzetin məlumatına görə, hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.