Ukrayna Miladı ABŞ-la eyni gündə qeyd edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski parlamentə üç bayram gününün tarixinin dəyişdirilməsi haqqında qanun layihəsi təqdim edib.

“Report” xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

Qanun layihəsinə əsasən, İsa peyğəmbərin mövludu günü yanvarın 7-də deyil, dekabrın 25-də qeyd ediləcək. Xatırladaq ki, Milad bayramı ABŞ-da da dekabrın 24-ü və ya 25-də qeyd olunur.

Layihədə Ukraynanın Dövlətçilik Gününün iyulun 15-də (əvvəl iyulun 28-i idi), Ukrayna Müdafiəçiləri Gününün isə oktyabrın 1-də (əvvəl oktyabrın 14-ü idi) qeyd edilməsi təklif olunub.