Ermənistanda 11 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb

Ermənistanda 11 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, meyitlərin məhkəmə-tibbi ekspertizaları təyin edilib, hadisənin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Həmçinin qeyd olunub ki, qəza nəticəsində yaralanan 6 nəfərdən 5-i Gümrü tibb mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib.

Onların durumunun ağır olduğu bildirilir.

Hazırda istintaq aparılır.