İspaniyadan Azərbaycana qarşı təxribat

İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə İspaniya səfirliyi öz Twitter hesabında paylaşım edib.
İspaniya səfirliyi 250 erməni ailəyə maddi və sosial dəstək veriləcəyini bildirib.

Üstəlik, paylaşımda dövlət qurumu Qarabağ separatçılarının qondarma “bayrağından” istifadə edib.