Ukrayna PUA-larla Krıma hücum edib

Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın işğalı altındakı Krım yarımadasına hücum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri PUA-lardan 1-ni məhv edib.

İtkilər barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.