Gürcüstanın Baş naziri İsrailə gedib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İsrailə səfərə gedib.

“Report” “Sputnik Gürcüstan” a istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, İ.Qaribaşvili həmkarı Benyamin Netanyahu ilə görüşəcək.

Tərəflərin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəkləri gözlənilir.