BMT BRIKS sammitində iştirak edəcək

BMT BRIKS sammitində iştirak edəcək.

APA-nın xəbərinə görə, bunu BMT-nin baş katibinin mətbuat katibinin müavini Fərhan Haq brifinqdə deyib.

"Bəli. BMT Cənubi Afrikada keçiriləcək BRIKS sammitində iştirak edəcək. Ümid edirik ki, təfərrüatları bəlkə gələn həftənin əvvəlində sizə bildirəcəyik", - deyə Haq bildirib.

BRIKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.

Sammit avqustun 22-dən 24-dək Yohannesburqda keçiriləcək.