Hindistanda güclü zəlzələ olub

Hindistanda 5 maqnitudada zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 58,8 min nəfər əhalisi olan Tezpur şəhərindən 33 km cənubda, mənbə 41 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.