Şiddət görən eşşək ömürlük təqaüdə çıxarıldı - FOTO

Diyarbəkirdə zorakılığa məruz qalan eşşəyin Heyvan Haqları Federasiyasının (HAYTAP) Təqaüdçü Heyvanlar Fermasında qalacağı bəlli olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, avqustun 13-də bir şəxsin eşşəyi çubuqla döyməsi sosial şəbəkədə böyük reaksiya doğurub.

İl Təhlükəsizlik Müdirliyi Ətraf Təbiəti və Heyvanları Qoruma Bürosu qrupları hərəkətə keçərək C.S.-ni nəzarət altına alıb.

İfadəsində “Eşşək məni dişlədi, ona görə əsəbiləşdim və onu çubuqla döydüm”  deyən C.S.-yə 4 min 500 TL inzibati cərimə kəsilib.

Qeyd edək ki, Diyarbəkirdə yaşayan C.S. avqustun 13-də qapıya bağlanmış eşşəyi dəyənəklə bir neçə dəfə vurub. 


Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb. Görüntülərin sosial mediada paylaşılmasının ardından hərəkətə keçən İl Təhlükəsizlik Müdirliyi Ekologiya, Təbiət və Heyvanları Qoruma Bürosu qrupları C.S.-ni saxlayıb.

Qoruma altına alınan eşşək daha sonra İl Kənd Təsərrüfatı və Meşə Müdirliyi, Diyarbakır Böyükşəhər Bələdiyyəsi və HAYTAP-ın əməkdaşlığı ilə Osmaniyedəki Təqaüdçü Heyvanlar Fermasına yerləşdirilib.

Ağır yük daşıdığı üçün belində yaralar olan eşşəyin ömrünün sonuna qədər fermada qalacağı öyrənilib.