Somali hökuməti Şərqi Afrika ölkəsində terrorçu qruplar tərəfindən istifadə edildiyini bildirən "TikTok" və "Telegram"ın fəaliyyətini dayandırıb.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rabitə və Texnologiyalar Nazirliyi bazar ertəsi internet provayderlərinə tətbiqləri bloklamağı əmr edib.
Qərar ölkənin mərkəzi bölgəsində cihadçı "Əl-Şəbab" qruplaşması ilə mübarizənin qızışdığı bir vaxtda qəbul edilib. Qeyd olunur ki, hökumət ilk dəfədir ki, terrorla mübarizə adı altında müəyyən sosial platformaların bağlanması barədə göstəriş verir.