Avropa yayın dəhşətli istiləri ilə mübarizə aparır. Qitədə dondurma istehsalı və istehlakı artır.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Euronews, Avropa İttifaqının (Aİ) statistika qurumu olan Eurostatın məlumatlarına əsaslanaraq, Aİ-yə üzv ölkələrin 2022-ci ildə 3,2 milyard litr dondurma istehsal etdiyini və bunun ümumi dəyərinin 6 milyard avronu keçdiyini yazıb. Bu rəqəm 2021-ci illə müqayisədə 5% artım deməkdir. “Eyni dövrdə təxminən 250 milyon kilo dondurma Aİ-dən kənara ixrac edilib. Bu, əvvəlki rəqəmlərdən 2 faiz azdır. İstehsalın artmasına baxmayaraq, ixrac rəqəmlərinin azalması avropalıların istidən çıxmaq üçün dondurmaya üz tutduğunu göstərir.
Almaniya 2022-ci ildə 620 milyon litr dondurma istehsal edib ki, bu da ümumi Aİ istehsalının demək olar ki, beşdə birini təşkil edir. Almaniyanı 591 və 571 milyon litr istehsalla Fransa və İtaliya izləyir. Ən ucuz dondurma litri orta hesabla 1,5 avroya Almaniyada, ən bahalısı isə litri 7 avroya Avstriyada satılıb.
2020-ci ilin rəqəmlərinə görə, adambaşına 16 kilodan çox dondurma istehlak edən Belçika, ikinci yerdə 14,18 və 13,6 kilo dondurma ilə Portuqaliya və Polşa gəlir.