97 yaşlı qadın gimnast

Gənclərin zorlandığı hərəkətləri asanlıqla yerinə yetirir

  Dünyanın ən yaşlı gimnastı Johanna Quaas 1925-ci ildə anadan olub. O, 86 yaşında İtaliyada keçirilən yarışlara qatılaraq dünya rekorduna imza atıb. Johanna Quaas bir çox idman yarışlarının qalibidir, neçə-neçə medal və diploma sahibdir. Hazırda 97 yaşlı qadın gimnast gənclərin etməyə zorlandığı hərəkətləri də asanlıqla yerinə yetirir. Bunun sirri nədir? 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, J.Quaas gimnastikaya 9 yaşında olarkən başlayıb. Kiçik yaşlarından gimnastikaya bağlanan Johanna illər keçdikcə bu idman növündə bir çox uğurlara imza atıb. İdman yarışlarının birində onun hərəkətləri lentə alınıb, bundan sonra o, məşhurlaşıb. Hətta yaşlı vaxtlarında belə milyonlarla izləyici onun gimnastika ilə bağlı məsləhətlərini dinləyir. Hazırda 97 yaşlı J.Quaas gimnastik hərəkətləri canlı olaraq nümayiş etdirir. Gimnast qadın bu cür bədən elastikliyini düzgün qidalanmaya və daim idmanla məşğul olmağına borcludur. J.Quaas bol tərəvəz yediyini, orqanizmi tələb etdiyi qədər qida qəbul etdiyini, yemək yeyərkən tələsmədiyini də deyib. Qadın həftədə 2 dəfə gimnastika ilə məşğul olur, hər gün 1 saat piyada gəzir və 1 saat da üzgüçülüklə məşğul olur. Onun heç bir sağlıq problemi yoxdur. J.Quaas gənclərə mütləq idmanla məşğul olmağı, sevdikləri idman növünü müəyyənləşdirib onu heç vaxt tərk etməmələrini məsləhət görüb.