Nümayəndəlik: “BMT Cənubi Qafqazda davamlı sülh üçün işləməyə sadiqdir”

“BMT Cənubi Qafqazda davamlı sülh üçün işləməyə sadiqdir”.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin 27 Sentyabr- Anım Günü münasibətilə sosial şəbəkədəki paylaşımında qeyd olunub.

“Ermənistan və Azərbaycan arasında münaqişədə həyatını itirənləri yad edir, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda bildirilib.