Pakistanda döyüş sursatı partlayıb, 8 nəfər ölüb

Pakistanın Sind əyalətinin Kaşmor diyarının Kandkot rayonunda döyüş sursatının partlaması nəticəsində azı 8 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “News” qəzeti məlumat yayıb.

Bildirilib ki, döyüş sursatı kənd təsərrüfatı sahəsində oynayan yerli uşaqlar tərəfindən tapılıb. Onlar bunu evlərinə gətirib və daha sonra mərmi orada partlayıb.