Parlamentdə biabırçılıq...

Zelenski və Castin Trüdo faşist əsgərini ayaqüstə alqışladı 
 
Kanada tarixində böyük diplomatik səhvə yol verilib. Ukrayna Prezidenti Volodimir Zelenski Kanadaya səfəri çərçivəsində bu ölkənin parlamentinə dəvət edilib. V.Zelenski ilə yanaşı Kanadanın Baş naziri Castin Trüdonun da iştirak etdiyi parlament iclasında salona İkinci Dünya müharibəsi veteranının daxil olduğu elan edilib. Bunu eşidən V.Zelenski də, Castin Trüdo da ayağa qalxaraq veteranı alqışlayıblar. Lakin sonra məlum olub ki, salona daxil olan şəxs 98 yaşlı Yaroslav Hunkadır. Əslən ukraynalı olan bu adam İkinci Dünya müharibəsində nasist ordusunun əsgəri olub. Deməli, Kanada parlamenti ukraynalı müharibə veteranını parlamentə dəvət etməklə V.Zelenskiyə jest etmək istəyib. Vəziyyətsə tərsinə dövr edib. Ukraynalı veteran faşist əsgəri çıxıb. Bu hadisə Kanadada narazılıqlar yaradıb. Zelenskinin başına gələn bu gözlənilməz olaydan Rusiya əks-təbliğat məqsədilə gen-bol istifadə edir. Kanada Baş naziri Trüdo isə “bu, parlamenti və Kanadanı dərindən təsirləndirən utancverici hadisədir” deyərək xalqdan, həmçinin 

V.Zelenskidən də üzr istəyib. Kanada müxalifəti də hadisəni “ölkə tarixindəki ən böyük diplomatik utanc” adlandırıb. Səhvən faşist əsgərini parlamentə dəvət etmiş Məclis başqanı Antoni Rota isə ümumiyyətlə, istefa verərək vəzifəsindən imtina edib. Məclis başqanı bu biabırçılığa görə özünü günahkar bilib: “Bu məsələdə yalnız mən cavabdehəm və gühankaram. Onun kimliyini dəqiqləşdirməliydim”.