Rusiya qeydiyyatlı avtomobillərin Norveçə girişi qadağan edilir

Norveç oktyabrın 3-dən Rusiya qeydiyyatında olan avtomobillərin öz ərazisinə girişini qadağan edəcək.

APA xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qadağa çərşənbə axşamı, oktyabrın 3-ü gecə yarısı qüvvəyə minəcək.

Krallığın Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, qadağa Avropa İqtisadi Birliyi (Aİ ölkələri, Norveç, İslandiya və Lixtenşteyn) vətəndaşlarının Rusiya qeydiyyatlı avtomobillərinə, diplomatik nəqliyyat vasitələrinə və fövqəladə humanitar hallara şamil edilmir.